DİN-in mətbuat xidmətinin məlumatı

Noyabrın 15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.


Noyabrın 15-də saat 11 radələrində Oğuz rayonunun Xaçmaz kəndi ərazisində kənd sakinləri Səxavət Atakişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə E.Usubovun idarə etdiyi “MTZ” markalı traktor toqquşub. Nəticədə S.Atakişiyev hadisə yerində ölüb.


Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Salyan rayon sakini Şəhriyar Abbasovun mənzilinə baxış zamanı oradan 16 qrama yaxın metamfetamin və 143 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Mağtağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir