DİN-in mətbuat xidmətinin məlumatı

Sumqayıt şəhəri 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 26-da Sumqayıt şəhər sakini T.Teymurovun 2000 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini Z.Mustafazadə və Sumqayıt şəhər sakini N.Çubanov saxlanılıb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Avqustun 27-də saat 10 radələrində paytaxtın Nərimanov rayonunun Ə.Ağaoğlu küçəsində Beyləqan rayon sakini E.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Süleymanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ-də araşdırma aparılır.

Avqustun 27-də saat 15 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Abşeron rayon sakini İ.Skokov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Hacıbala Ağayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2018-ci ildən cari ilin avqust ayınadək olan müddətdə rayon ərazisində yerləşən şirkətlərin birindən 7500 manat dəyərində boya mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Abdullayev və A.Fəttahov saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir ofisdən 20000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir anbardan 3500 manat dəyərində kondisioner, 10 ədəd pəncərə, 6 qapı və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir