DİN-in mətbuat xidmətinin məlumatı

0

Noyabrın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.


Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Noyabrın 9-da saat 9 radələrində Gəncə şəhərində Samux rayon sakini O.Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Firuzə Qocayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsində araşdırma aparılır.

Noyabrın 9-da saat 17 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Balakən rayon sakini F.Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini Əbülfət Həsənovu vurub. Nəticədə Ə.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 9-da saat 18 radələrində Siyəzən rayonunun Məşrif kəndi ərazisində Eynibulaq kənd sakini Əhəd Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə 1 baş inəyi vurub, daha sonra həmkəndlisi Ş.Mehralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə Ə.Abbasov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir