DİN-in mətbuat xidmətinin məlumatı

0

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Bakı şəhər sakini M.Həmidovanın bank hesabından 420 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İlkin Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Abşeron rayon sakini F.Əliyevin bank hesabından 1000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İman İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 29-da saat 8 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Fərid Cəfərovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək Şəmkir rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə F.Cəfərov 700 manat məbləğində cərimələnməklə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.


Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 5-də Bakı şəhər sakini S.Aslanovu döyüb mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vahid Hüseynov, Rauf Quliyev və Ruslan Ömərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.


Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Yağıbəyovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zülfiyyə Həsənova və Murad İbrahimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də A.Əliyev küçəsindəki evlərin birindən 4530 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zarima Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən 1870 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Daməd Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir