DİN-in mətbuat xidmətinin məlumatı

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dünən saat 19 radələrində Qax şəhərində 2005-ci il təvəllüdlü A.Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən zərərçəkmişin qardaşı, 2007-ci il təvəllüdlü J.P tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.

İddialarla əlaqəli DİN Mətbuat Xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in “102” xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.

  • Noyabrın 4 -də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    • Axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
      Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
      Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
      Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.
      Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Göyçay Rayon Polis Şöbəsinə noyabrın 5-də saat 2 radələrində Cəyirli kəndi ərazisində yerləşən kafedə 3 nəfərə kəsilmiş-çapılmış xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin vaxt kafedə rayon sakinləri Elşad Mirzəliyevin, Kürdəmiş kənd sakini Zamiq Həsənovun və əvvəllər məhkum olunmuş Toğrul Bayramovun münaqişə zəminində Kürdşaban kənd sakini Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları aralaşdıran Kürdəmiş kənd sakini Aqil Yusifovun və Kürdşaban kənd sakini Seymur Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar.
Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Zaqatala Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 16 radələrində Fındıqlı kəndi ərazisində rayon sakini Elxan Xəlilovun öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini Qriqoriy Burqandinovun münaqişə zəminində spirtli içki şüşəsi ilə E.Xəlilovun baş nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Qax Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 19 radələrində Xələftala kənd sakin Albina Papiaşvilinin üzərində xəsarətlər olan meyitinin şəhər ərazisində yaşadığı evdə tapılması barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə qardaşı J.Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək A.Papiaşvilini öldürüb hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində J.Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Noyabrın 4-də saat 12 radələrində Xaçmaz rayonunun Qadaşoba kəndi ərazisində Hacıisaoba kənd sakini Nadir Seyidov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə sürücü hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2000 manat ödətdirməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə F.Əmirov küçəsində Bərdə rayon sakini A.Mahmudovun mopedindən içərisində 1378 manatı, bank kartı və sənədi olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Səid Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir