DİN-in mətbuat xidmətinin məlumatı

Noyabrın 2-də saat 18 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Ağsu rayon sakini İ.Mustafayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini Firəngül Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Noyabrın 2-də saat 18 radələrində Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində Tikanlı kənd sakini İ.İsrafilov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhman Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Noyabrın 2-də saat 19 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini N.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir