DİN-in mətbuat xidmətinin məlumatı

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən 1700 manat dəyərində monitor və cərəyan bloku, şadlıq saraylarının birində isə Bakı şəhər sakini H.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Orxan Vəliyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.


Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abbasov küçəsində “Opel” markalı bir avtomobildən 50 manat pul, mobil telefon, 2 ədəd eynək və çantanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nağıyev saxlanılıb. Araşdırma aparılır.


Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə Beynəlxalq Hava Limanında Zabit Yolçuyevin çantasına baxış zamanı oradan “Valter” markalı pnevmatik tapança və 500 ədəd qırma aşkar olunaraq götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir