DİN-in mətbuat xidmətinin məlumatı

0

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açmışdır.
E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulmuşdur. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülmüşdür.

  • Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

  • Oktyabrın 31-də saat 21 radələrində Göyçay rayonunun Bəydövül kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub. Nəticədə sərnişini olan qardaşı Ziyaməddin hadisə yerində ölüb, sürücü və digər iki sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
    Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
  • Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.
    Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
  • Oktyabrın 31-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində Gəncə şəhər sakini B.Hüseynli idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən şəhər sakini Əflatun Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.
  • Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
  • Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.
    DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı Masallı RPŞ-də CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmlar davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir