DİN-in mətbuat xidmətinin məlumatı

Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Araşdırma aparılır.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 4000 manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 2200 dollar pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini əvvəllər məhkum olunmuş S.Əhmədov saxlanılıb.

Xətai RPİ 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılıb.

Avqustun 26-da saat 23 radələrində Paytaxtın Səbail rayonu ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Yusuf Türksoyu, Ağdaş rayon sakini X.Əhmədovanı və 30-35 yaşlı qadını vurub. Nəticədə Y.Türksoy hadisə yerində ölüb.
Səbail-RPİ tərəfindən aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir