DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 11-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
    Oktyabrın 11-də saat 21 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində rayon sakini E.Qarayev idarə etdiyi “NAZ-Lifan” markalı avtomobillə yolu keçən kənd sakini G.Səlimxanzadəni və Tərtər rayon sakini Tünzalə Rəsulovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, T.Rəsulova orada ölüb.

  • Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.Oktyabrın 11-də saat 18 radələrində Ağstafa rayonunun Poylu kəndi ərazisində Oğuz rayon sakini B.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nəsib Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Araşdırma aparılır. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
    Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

  • Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

  • Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Təbriz Şahmarzadə tutulub. Polis əməkdaşları tərəfindən onun Zabrat qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
  • Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 250 manat pul, 3750 manat dəyərində çanta, qol saatı və geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

  • Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 azyaşlı saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir