DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

  • Oktyabrın 11-də saat 1 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Sumqayıt şəhər sakini E.Söyzalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 10-da saat 17 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini İ.Əhmədova idarə etdiyi “Chevrolet” markalı avtomobillə Kəlbəcər rayon sakini Fəxri Umudovun idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurub. Nəticədə F.Umudov hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oktyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə oktyabrın 10-da gecə saatlarında F.X.Xoyski küçəsindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynov avtomobillə birlikdə saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bir neçə İmişli rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə iki qat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını bildiriblər.
Daxil olmuş müraciətlərlə bağlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən iki nəfər şəxs, rayonun Xəlfəli kənd sakinləri Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar.


Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılmış maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar.

Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Polis əməkdaşları Vüqar və Bahadur Qafarovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin İmişli RPŞ-nə müraciət etmələri xahiş olunur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir