DIN-in mətbuat xidmətinin məlumatı ( 31.01.2023)
Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
⤵️
Axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
⤵️
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
⤵️
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
⤵️
❗Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 11,7 kiloqramdan artıq heroin, 2,6 kiloqramdan çox marixuana, 35 qram həşiş, həmçinin 320 qramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
⤵️
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən 520 qram marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.
⤵️
Etibarnaməsi olmadan başqasına məxsus yük avtomobili ilə qanunsuz olaraq paytaxtda daxil olmağa çalışan və polisin qanuni tələbinə əməl etməyən sürücü barədə Baş DYP İdarəsinin Məlumatı.
Paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə yük avtomobillərinin müyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmasına baxmayaraq, 17.01.2023-cü il tarixdə WO 39922 qeydiyyat nişanlı, “ Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Bakı-Quba avtomobil yolunun üzərində yerləşən “Daş bazarı” adlı ərazidən qanunsuz olaraq paytaxtda doğru hərəkət etməyə cəhd göstərəkən DYP əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərə baxış zamanı yük avtomobilini idarə edən vət. E.Nəbiyevin nəqliyyat vasitəsini idarəetməyə dair heç bir sənədinin olmaması aşkar edilib. Bu zaman sürücü E.Nəbiyev polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edərək onlara qarşı müqavimət göstərdiyi üçün DYP əməkdaşları tərəfindən ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib. Sürücü törətdiyi əməllərə görə qanunamüvafiq olaraq məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək tətbiq edilmiş məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmağı və qanunsuz yollarla paytaxta daxil olmağa çalışmamağı tələb edir, eyni zamanda bütün yol-hərəkəti iştirakçılarından hadisənin mahiyətini bilmədən, sırf polisin qanuni fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatları paylaşmaqdan çəkinməyi xahiş edirik.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09