DİN-in mətbuat xidmətinin məlumatı

  • Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
    Sentyabrın 15-də saat 7 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Astara rayon sakini B.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Zahir Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

  • Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sentyabrın 15-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlil Xəliovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 3 avtomobildən ümumilikdə 1800 manat pul, noutbuk, bankomat kartları, ehtiyat açar və rəng yoxlayan aparat, rabitə qovşağına məxsus dirəklərdən 120 metr rabitə kabeli və qutu, şirkətlərin birindən elektrik naqilləri, bir torpaq sahəsindən 3000 manat dəyərində su çəni, bir həyətyanı sahədən isə 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir