DİN -in mətbuat xidmətinin məlumatı

0
  • Sentyabrın 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 64, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

  • Sentyabrın 13-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini R.Kərimli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Fuad Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

  • Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
    Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsində “Mercedes” markalı bir avtomobilin cəriməsi yoxlanılarkən onun qaçırılması aşkar olunub. Avtomobil cərimə meydançasına yerləşdirilib.
    Araşdırmalarla Bakı şəhər sakini Pərvin Tağıyev və Saatlı rayon sakini Sənan Zeynalovun Binəqədi qəsəbəsi ərazisindən qaçırdıqları Lənkəran rayon sakini R.Nəsirova məxsus nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobili Lerik rayon sakinləri N.Qasımova və əmisi oğluna satmaları müəyyən olunub.
    Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar. Araşdırma aparılır.

  • Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Buxta küçəsindən R.Əliyevə məxsus 1500 manat dəyərində “Moon” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini Vüsal Əzizov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir