DİN-in mətbuat xidmətinin məlumatı

  • Sentyabrın 10-da və 11–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 176 -nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 14-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 128, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb.

  • Sentyabrın 10-da saat 12 radələrində Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini Rəhim Quliyevin idarə etdiyi “VAZ-2107” və Qəbələ rayon sakini E.Alıcanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub və nəticədə R.Quliyev hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Sentyabrın 10-da saat 20 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş O.Yusifov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən həmyerlisi Ələddin Hadıyevi vurub hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Yusifov avtomobillə birgə saxlanılıb.
    Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sentyabrın 11-də saat 2 radələrində Quba rayonunun Qırız-Dəhnə kəndi ərazisində rayon sakini Valid Beydullayev idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini İlham Əhmədov hadisə yerində ölüblər.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sentyabrın 11-də saat 20 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Bakı şəhər sakini Rauf Bəkirovun idarə etdiyi “Hyundai”, kənd sakinləri Q.Şükürovun idarə etdiyi “Ford” markalı avtomobillər və H.Zülfüqarovun idarə etdiyi “TR-045” markalı traktor toqquşub. Nəticədə R.Bəkirov hadisə yerində ölüb.
Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sentyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Cumakənd kəndi ərazisində kənd sakini Sakit Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20.000 manat dəyərində mis naqillərin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Dilavər Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir