DİN-in mətbuat xidmətinin məlumatı

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Bakı şəhər sakini A.Qarayevanın içərisində pulu və bank kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdam rayon sakini T.Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Araşdırmalarla onun paytaxt ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan əlavə 1,5 kiloqram heroin götürülüb.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 102 qramdan artıq heroin götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir