DİN-in mətbuat xidmətini məlumatı
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Betonzavod adlanan ərazidə şirkətlərdən birinin anbarından 3 ədəd qaynaq aparatı, 2 ədəd taxta yonan dəzgah və digər texniki avadanlıqların oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Hacıyev, Vüqar Ağayev və qardaşı Vahid müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının oktyabrın 11-də keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.