DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (son üç gün)

0

Mayın 21-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

* * *

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

* * *


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Mayın 21-də polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

* * *


Mayın 21-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.

* * *


Daxil olmuş müraciətlər əsasında mayın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Qazax rayonunun Kəmərli kəndində itkin düşmüş 2004-cü il təvəllüdlü qadın, aprelin 29-da Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış sahəsində 2 azyaşlı övladı ilə itkin düşmüş 1994-cü il təvəllüdlü qadın, mayın 13-də Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü qadın, mayın 19-da Salyan rayonda itkin düşmüş 2007-ci il təvəllüdlü qız, mayın 20-də isə Sumqayıt şəhərinin ərazisində itkin düşmüş 2008-ci il təvəllüdlü qız və Binə qəsəbəsində itkin düşmüş 2009-cu il təvəllüdlü oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

* * *


Polis əməkdaşlarının mayın 21-də keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfər şəxsi aldadıb hesabına 150 manat pul ödətməkdə, Sumqayıt şəhər sakini olan bir nəfərin isə bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən iki nəfər müəyyən olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bir daha bank kartı istifadəçilərini diqqətli olmağa çağırır, hesab məlumatlarınızı naməlum şəxslərlə paylaşmamağı tövsiyə edirik.

* * *


Dələduzluq əməlində şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadını aldadaraq hesabına 800 manat pul ödətməkdə şübhəli bilinən Mirağa Miriyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

* * *


Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki nəfərin mobil telefonlarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Fuad Soltanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

* * *


Nəqliyyat vasitəsi qaçırma

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 20-si səhər saatlarında rayon ərazisindən “Runna” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Rüstəm Maksutzadə avtomobillə birgə saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

* * *


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️

Mayın 22-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

* * *


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Mayın 22-də polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər.

* * *


Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

Mayın 22-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 7 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

* * *


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 22-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 114 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

* * *


Polis əməkdaşlarının mayın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.

* * *
Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfəri tapıb

Daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi, aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

* * *


Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cari ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt şəhərində bir nəfər şəxsin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

* * *


Dələduzluq yolu ilə hesabına pul ödətdirən şəxs saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına 450 manat, 700 manat və 800 manat olmaqla ümumilikdə 1950 manat pul ödətdirməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Kəlbihüseyn Abuşov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

* * *

May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

.

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

.

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir