DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (son 4 gün)

0


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️

İyulun 16-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

*
İyulun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*
Polis əməkdaşlarının iyulun 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

*

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər.
Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.
Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

*
Oğurluq

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Anar Kərimov saxlanılıb.

Onun daha bir nəfərin mobil telefonunu, Şam adlı şəxslə birlikdə digər bir nəfərin də içərisində 400 manat olan pulqabı və mobil telefonunu oğurlaması da müəyyən olunub.

Davam etdirilən tədbirlərlə Ş.Rejerov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

*

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

Nəsimi rayonu ərazisində yerləşən kursların birinin hesabındakı vəsaitin ələ keçirilməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla hesabdan 5000 manat pulun ələ keçirilməsi müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, həmin kursda işləyən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş S.Əlizadə saxlanılıb.

Araşdırma aparılır.

*

❗Bakı şəhər sakini olan bir nəfərin 400 manat dəyərində kosmetik vasitələrinin, digər 2 nəfərin isə müxtəlif vaxtlarda 500 və 1000 manat pullarının aldadılaraq alınması barədə polisə məlumatlar daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

❗Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə Ramana qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmçinin narkotiklərlə əlaqəli cinayətə görə də axtarışda olan İsmayıl Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

*

“Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır”

Sosial şəbəkələrdə polis əməkdaşının şübhəli şəxsi saxlamasına dair görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı turaninsesi.az -ın mətbuatın sorğusuna cavab olaraq bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb.

Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir.

*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

İyulun 17-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

*


İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17 -də ümumi çəkisi 48,3 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 297 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*


Polis əməkdaşlarının iyulun 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

*


Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pullarının oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

*

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilib

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq yolu ilə hesabına 300 manat pul ödətdirməkdə şübhəli bilinən M.Hüseynzadə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dələduzluq yolu ilə bir nəfərin 500 manatını almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

*

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Mehdiabad qəsəbəsində “Hyundai” markalı avtomobildən 250 manat, Xırdalan şəhəri ərazisində isə “Mercedes” markalı avtomobildən 100 manat pul oğurlamaqda şübhəli bilinən D.Səmədov və əvvəllər məhkum olunmuş İ.Əzizov saxlanılıblar.

Araşdırma aparılır.

*

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq olub. Polisə müraciət edən şəxs oradan pos-terminal aparatı və 3000 manat dəyərində mobil telefonun oğurlandığını bildirib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.

*

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsində mağazaların birindən 400 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.

*

Yasamal rayonunda ofislərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən qadın, bir nəfərin isə mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə gö rə məhkum olunmuş E.İsmayılov 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlıl araşdırmalar aparılır.

*


DİN-in Mətbuat Xidmətindən verilən məlumta görə⤵️

İyulun 18-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

*

İyulun 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyulun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar olunaraq götürülüb.

*

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də ümumi çəkisi 7,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 102 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*
Polis əməkdaşlarının iyulun 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

*

❗İyulun 17-də Yasamal rayonu ərazisində inşa olunan yaşayış kompleksindən 3500 manat dəyərində kondisioner və mis boruların oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən Z.Əzizov, O.Həsənov və R.İsrayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

*

❗Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

*

Zərdabda yabanı halda bitmiş çətənə kolları məhv edilib

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində yabanı halda bitən və ümumi çəkisi isə 1 ton yarım olan 1980 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

*

❗Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən T.Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp


ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir