DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar ( son 3 gün )

0

İyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən “turaninsesi.az “- a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️

İyulun 19-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

*

İyulun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*
❗İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən “turaninsesi.az“- a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Araşdırma aparılır.

*

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra h.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 13-19 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

*

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyulun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd tüfəng aşkar edilərək götürülüb.

*
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 19-da ümumi çəkisi 3,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*
Polis əməkdaşlarının iyulun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

*


Bank kartından oğurluq

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən bir nəfər bank kartından 439 manatının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Kərimov və bir qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

*

Oğurluq

Sulutəpə qəsəbəsində evlərin birindən oğurluq olub. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən ev sahibi 1950 manat pulunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Şəfiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

*
Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Araşdırma aparılır.

*
Dələduzluq

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 35000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

❗❗❗
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

İyulun 20-də və 21-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

*
İyulun 20-də və 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyulun 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 14 tüfəng, 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhyy götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar ýk götürülüb.

*

❗Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.

Belə ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi «Mercedes» markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər.

Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.

*

Polis əməkdaşlarının iyulun 20-də və 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

*


❗Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarından birinin divarından kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

❗İyulun 21-də Sumqayıt şəhəri ərazisində bir nəfərin 460 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tural Babaverdiyev müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

*
Quldurluq

İyulun 21-də Sumqayıt şəhəri ərazisində bir nəfərin 460 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tural Babaverdiyev müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

*

Soyğunçuluq

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 21-də axşam saatlarında rayon ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş X.Əmirov müəyyən olunaraq saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

*
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsində evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən H.Balazadə saxlanılıb.

Araşdırma aparılır.

*
Avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi oradan 20.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib.

Sumqayıt şəhərində isə bir mağazadan 3500 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İsmayılov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

*

Məlumat

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşaq girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirmişdir.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir