DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (həftəlik)

0

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️

Avqustun 10-da və 11-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

* * *


Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
Avqustun 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 8 tüfəng, 1 patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

* * *

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da və 11-də ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Polis əməkdaşlarının avqustun 10-da və 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Avqust 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Nərimanov rayonu ərazisində naməlum şəxsin bir qadının içərisində pul olan çantasını alması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən bir nəfər yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *

Narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən Ağcəbədi rayon sakini Y.Sadıqov saxlanılıb. Tibbi müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

* * *


Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20.000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


Yasamal rayonu ərazisində bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.Baxışlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə müraciət edən paytaxt sakini bir nəfərin onu aldadaraq hesabına 928 manat pul ödətdirməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən R.Əliyev saxlanılıb.

* * *


Avqustun 11-də Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 4900 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Əzimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


Nərimanov rayonu ərazisində bir nəfərin 1000 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.İmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


Paytaxt ərazisində evlərdən birinin həyətinə etdiyi hüquqazidd əməldən yayınmaq məqsədi ilə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər dəfələrlə məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb.
Davam etdirilən araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Araşdırmalar davam etdirilir.

* * *


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

Avqustun 12-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

* * *


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 132,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqrama yaxın heroin, 127,7 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 1000 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

* * *


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng təhvil götürüblər

* * *


Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
Avqustun 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

* * *


Polis əməkdaşlarının avqustun 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Avqustun 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oğuzda qumar oyunları təşkil edilən məkan aşkarlanıb

Oğuz Rayon Polis Şöbəsinə rayon ərazidində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “turaninsesi.az” -a verilən məlumata görə, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

* * *


Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10000 manat, 10000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.
Araşdırma aparılır.

* * *


Nizami rayonu B.Nuriyev küçəsindəki mənzillərin birinin qarşısından 300 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin qarşısından “Tufan” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

❗Avqustun 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

* * *


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də ümumi çəkisi 3,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng, 1 mərmi və 1 ədəd qumbaraatan təhvil götürüblər.


Polis əməkdaşlarının avqustun 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Binəqədi rayonu ərazisində bir nəfərin bank kartından 318 mantının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Yasamal rayonu ərazisində bir nəfərin bank kartından 300 mantının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir nəfər qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən çimərliklərin birindən 2 nəfər qadının çantasından pul və mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Səbail rayonu ərazisində avtomobildən pul və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Həmidov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 1400 manat dəyərində olan qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *

Avqustun 15-də saat 03 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “turaninsesi.az“-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.

* * *

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

❗Avqustun 14-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

* * *


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 14-də ümumi çəkisi 10,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

* * *


Polis əməkdaşlarının avqustun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Xəzər rayonunda bir nəfər qadının 38500 manatının aldadılaraq alınması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Z.Babayev və R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Xəzər rayonunda bir nəfər qadının aldadılaraq 5000 manatının alınması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə bir nəfər qadının aldadılaraq 5000 manatının alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə rayon ərazisində yerləşən otellərin birindən 2000 manat dəyərində telefon oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Nizami rayonu P.Fərzəliyev küçəsində yerləşən marketlərin birindən 750 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Rzayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Yasamal rayonu Q.Xəlilov küçəsində bir nəfərə məxsus “Changan” markalı avtomobildən bank kartı və şəxsiyyət vəsiqəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️

❗Avqustun 15-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

* * *


Polis əməkdaşlarının avqustun 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Avqustun 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bir nəfərin aldadılaraq 15000 manatının alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Xətai rayonu Telnov küçəsində yerləşən evlərin birindən 3000 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Hətəmzadə, həmçinin bir nəfər qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Avqustun 14-də Xətai rayonu ərazisində yerləşən 2 marketdən ümumilikdə 770 manat dəyərində tütün məmulatı, həmçinin 1050 manat dəyərində spirtli içkinin oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar E.Əzizov və E.Mirzəyev müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.

* * *


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

❗Avqustun 16-da ölkə ərazisində qeydə alınan 45 , əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 146, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

* * *
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
Avqustun 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.


Polis əməkdaşlarının avqustun 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Avqustun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Səbail rayonu R.Behbudov küçəsində “Geely” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sumqayıt şəhərində əzilmiş vəziyyətdə tapılıb. Həmçinin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən G.Məhərrəmov və A.Mürsəlzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.


Yasamal rayonu ərazisində naməlum şəxsin bir qadını aldadaraq hesabına 225 manat ödətdirməsi barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən O.Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə şəhər sakinin aldadılaraq 3100 manatının alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir nəfərin bank kartından pul oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Cavadov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

❗DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “turaninsesi.az“-a bildirilib ki, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp


ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir