DİN-in mətbuat xidmətindən verilən məlumatlar


Profilaktik tədbirlər nəticə verir — odlu silahlar və partlayıcılar könüllü təhvil verilir

Polis əməkdaşları ölkə ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları “AKM” markalı avtomat silahını və 1 ədəd patron darağını, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları Binə qəsəbəsində 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” markalı nömrəsiz ov tüfəngi, 1 ədəd “F-1” qumbarası, alışdırıcı və 3 ədəd avtomat patronu, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları Bakıxanov qəsəbəsində 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patronu, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 27 ədəd patronu, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları 2 ədəd nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş tüfəngi, Gəncə ŞBPİ 3-cü Polis Bölməsinin əməkdaşları 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-8” markalı tüfəngi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçilər və Seydimli kəndləri ərazisində “İJ” və “TOZ-8” markalı 2 ov tüfəngini təhvil götürüblər.

* * *

Noyabrın 2-də saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Turanın səsi ” nə bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəzəyyətdə olub, tufeyli həyat tərzi keçirir.

Araşdırma aparılır.

* * *


DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

noyabrın 1-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

* * *

Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

02 noyabr 2023-cü il.

* * *


Oğurluq

Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20.000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

* * *

Mingəçevirdə “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “kirayə ev” adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynov məsuliyyətə cəlb olunub. Saxlanılan şəxs ifadəsində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə onlayn yolla ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb atdığını bildirib. Araşdırma zamanı müəyyən edilib ki, R.Hüseynov guya kirayə müqaviləsi bağlamaq adı altında zərərçəkmişlərdən şəxsiyyət vəsiqələrinin fotoşəklini tələb edib və iz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələri ilə özünə yeni mobil nömrələr alaraq dələduzluq əməllərini başqa şəxslərə qarşı da davam etdirib.
Faktla bağlı araşdırma aparılır.
Röyal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Vətəndaşlara tövsiyə olunur ki, kirayə və yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.

* * *

Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.
Əlavə məlumat veriləcəkdir.

2 noyabr 2023-cü il

* * *

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi” nə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb. Belə ki, həmin şəxslərdən 2 ədəd “İj”və 1 ədəd “TOZ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir