DİN-in mətbuat xidmətindən verilən məlumatlar(11.04.2023)
DİN-in mətbuat xidmətindən verilən məlumata görə ⤵️
Aprelin 10-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
X X X
Aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
X X X
Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
X X X
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 9-da rayon ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan cüzdan oğurlamaqda, “Mercedes” markalı digər avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Araşdırma aparılır.
X X X
Soyğunçuluq
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 7-də Saray qəsəbəsi ərazisində bir qadının içərisində pulu, bank kartları və sənədləri olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Rəvan Mehdiyev və Məhəmməd Mirzəyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09