DİN-in mətbuat xidmətindən verilən məlumatlar

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə

Martın 1-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

***

Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

***

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

***

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

***

Polis əməkdaşlarının martın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 5,8 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın tiryək, 660 qram həşiş, 4,7 kiloqramdan çox metamfetamin, 86 ədəd çətənə kolu, həmçinin 400 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

***


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

***

Fevralın 28-də saat 11 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində manevr qaydasını pozan “KİA” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Bakı şəhər sakini Eldar Bağıyev şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Avtomobil duracağa yerləşdirilib, E.Bağıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.
Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.


Oğurluq

Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir