DİN-in mətbuat xidmətindən verilən məlumatlar (26.04.2023)

0
  • Aprelin 25-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

X X X

  • Axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

X X X

  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

X X X

  • Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

X X X

  • Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

X X X


Quldurluq ⤵️


Aprelin 25-də saat 2 radələrində Nizami rayonu ərazisidə “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyib 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

X X X


Oğurluq ⤵️

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki seyfdən 2000 manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Daşqın Məmmədov müəyyən olunaraq saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

X X X

DİN- in Mətbuat Xidmətindən bildirilib :

Xəbər verildiyi kimi piyada əleyhinə minanın partlayışı nəticəsində xəsarət alan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu ANAMA ilə müqavilə əsasında çalışan podratçı şirkətin nümayəndəsidir.

X X X


Oğurluq ⤵️

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 17-də Bakı şəhər sakini olan bir qadının çantasından 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

X X X


Oğurluq ⤵️

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kimyaçılar qəsəbəsi ərazisində “MTZ” markalı bir traktorun 1200 manat dəyərində kotanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

X X X


Oğurluq ⤵️

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 19-da Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 14850 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini İsa Həsənzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

X X X

Paytaxtın Yasamal rayonunda Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb.

DİN-in mətbuat xidmətindən ” turanın səsi ” nə bildirilib ki, ilkin məlumata görə avtomobilin matorxanasında alışma qısa qapanmadan baş verib. Xəsarət alan yoxdur.

Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir