DİN-in mətbuat xidmətindən verilən məlumatlar (24.05.2023)
Mayın 23-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
⤵️
Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
⤵️
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
⤵️
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
⤵️
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.
⤵️
Nəqliyyat vasitəsinin qaçırılması
Mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.
F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
⤵️
Oğurluq
Mayın 17-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını itirməsi və həmin gün marketlərin birində həmin kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Müşfiq Qədimov müəyyən olunaraq saxlanılıb.
Digər əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Yusubov da saxlanılıb.
Araşdırma aparılır.
⤵️
Oğurluq
Mayın 17-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını itirməsi və həmin gün marketlərin birində həmin kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Müşfiq Qədimov müəyyən olunaraq saxlanılıb.
Digər əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Yusubov da saxlanılıb.
Araşdırma aparılır.
⤵️
Hədə-qorxu ilə tələb etmə
Mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini bildirib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
⤵️
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırma aparılır.
⤵️
Oğurluq
Mayın 16-na keçən gecə Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən 7 ədəd kompüter dəsti və tibb avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ziyəddin Qənbərov və Şamaxı rayon sakini Azər Qasımov saxlanılıblar.
Araşdırma aparılır.
⤵️
Məlumat – sorğu
Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərində birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.
Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
⤵️
Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.
Ə.Orucov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI