DİN-in mətbuat xidmətindən verilən MƏLUMATLAR (21.04.2023 )

0

turanın səsi ” xəbər verir ki , həmin məlumatlar aşağıdakılardır :

  • Aprelin 20-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • X X X
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • X X X
  • Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • X X X
  • Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.
  • X X X

Aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

X X X

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 20-də Şabran dəmir yolu stansiyasının ərazisindən 15 ədəd metal konstruksiyaları oğurlamağa cəhd göstərən rayon sakinləri F.Həsənov, C.Kiçibəy və G.Mövsümov saxlanılıblar.
Araşdırma aparılır.

X X X

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 13-də Bakı şəhər sakini olan bir qadının bank kartından 192 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini T.Kərimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

X X X

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 7-də Binə qəsəbə sakini H.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən digər şəxs Sumqayıt şəhər sakini R.Babayev saxlanılıb.
Araşdırma aparılır.

X X X

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri — Ə.Quliyev və əvvəllər məhkum olunmuş E.Quliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

X X X

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki mağazaların birindən 100 manat pul və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Eyvazlı və Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Y.İmanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

X X X

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb. Araşdırma aparılır.

X X X

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

X X X

Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

X X X

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd təsərrüfat texnikası və 400 kiloqram metal oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar — R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

X X X

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub. Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib. Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir