DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (21.03.2024) (22.03.2024)

0

22 .03 .2024 ⤵️

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb. Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

* * *

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.

Hazırda qeyri-sabit hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür, dumanlı ərazilərdə sürücülər müşayət olunur, yolda qalanlara köməklik göstərilir.

Lakin, hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişin daşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, bir sözlə – qaydalara sözsüz əməl etməyə çağırır!

* * *

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 qumbara, 2 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

* * *

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

* * *

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12 kiloqrama yaxın marixuana, 1,1 kiloqramdan çox heroin və metamfetamin, həmçinin 3000 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

* * *

Bank kartından oğurluq

Martın 17-də Masallı rayonu ərazisində bir nəfərin bank kartından 1200 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Namiq Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

X X X

21.03 .2024 ⤵️

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar. Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

* * *

Nərimanovda əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə və 2 ədəd “Makarov” tapançası aşkar edilib

❗Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşad Səfərov və Vüsal Cavadov saxlanılıblar. Onlardan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar olunub. Saxlanılanlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən martın əvvəlindən etibarən həyata keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt müəyyən edilib, 17 nəfər saxlanılıb. 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 2 ədəd “Makarov”markalı tapança aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.

* * *

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️

❗Martın 20-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

❗Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

❗Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

* * *

❗Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

* * *

❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 20-də ümumi çəkisi 13,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqram 221 qram heroin, 2,4 kiloqrama yaxın metamfetamin, 2 kiloqramdan artıq marixuana, həmçinin 1020 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

* * *

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 20-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

* * *

Martın 20-də Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rayon ərazisindəki çay evlərinin birindən 1400 manat oğurlanması barədə məlumat daxil olub.
Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş paytaxt sakini Namiq Sasani müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

* * *

Kəlbəcərdə silah-sursat aşkarlanıb

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əlehinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.

* * *

Cəlilabad sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən edilən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

* * *

Şəmkirdə bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub.

❗DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb. Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

* * *

Oğuzda avtomat və qumbara aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.

* * *
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️

Martın 21-də ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

❗Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

❗Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

* * *

❗Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN  WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir