DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (08.02.2023)

0

Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

DİN-in mətbut xidmətindən bildirilib ki araşdırmalarla cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

fevralın 7-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

***


Axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

***


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

***

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

***

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

***


❗Polis əməkdaşlarının fevralın 7-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,6 kiloqrama yaxın heroin və 5,4 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

❗Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
Araşdırmalar davam etdirilir.

***


‼️Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini T.Rzayev Sabunçu rayonu ərazisində tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq polis idarəsinə təhvil verib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir