DİN-in mətbuat xidmətindən verilən məlumatlar (18.11.2023)
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” in sorğusuna cavab olaraq bildirilir ki, noyabrın 18-i gecə saatların rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış cəsədi aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir
* * *
Masallı sakinindən odlu silah və narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
* * *
Ağdam rayonunda narkotik vasitənin satıṣında şübhəli bilinən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Nicat Məmmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı satıṣ məqsədi ilə sellofan torbalarda və kibrit qutularda qablaşdırdığı, həmçinin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-dë cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmala davam etdirilir.
* * *
DİN-in mətbuat xidmətindən verilən məlumata görə
Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
* * *
Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.
* * *
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
* * *
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
Noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 22 ədəd alışdırıcısı, 5 patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd avtomat, 8 ov tüfəngi, 16 patron və 2 patron darağı aşkar edilərək götürülüb.
* * *
Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs tutulub
Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsiımiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
* * *
Oğurluq
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 2-də rayon ərazisindəki bərbərxanaların birindən 1000 manat dəyərində saç kəsən avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kamran Şükürov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd “AKS-U” markalı avtomat, 2 ədəd daraq və 60 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
* * *
* * *
Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıb
Onun avtomobilindən külli miqdarda marixuana da aşkar edilib.
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Belə ki, paytaxt sakini 2003-cü il təvəllüdlün Əhliman Quluzadənin idarə etdiyi “Khazar SD” markalı, 99-PZ-630 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Binəqədi rayonu ərazisində şöbə əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ə.Quluzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib.
Sürücü izahatında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb edildiyini və həmin şəxsin ölkəyə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri qəbul etdiyini bildirib. Ə.Quluzadənin avtomobilinə baxış zamanı oradan satış üçün 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda narkotik vasitə marixuana aşkar edilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
* * *
Ağsuda vətəndaşlar qanunsuz saxladıqları 11 ov tüfəngini polisə könüllü təhvil veriblər
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 11 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
* * *
Qusar polisi sənədsiz silah-sursat aşkarlanıb
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Qusar RPŞ-də müvafiq araşdırmalar aparılır.
* * *
Saatlı Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı rayonunun Sarıcalar kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusa yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlər nəticəsində 2 rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü olaraq polisə təhvil veriblər.
Bundan əlavə, keçirilən digər tədbirlər nəticəsində 2 rayon sakinindən də müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
* * *
Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI