DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (18.03.2024)

0

16-17 mart tarixlərində ölkə ərazisində qeydə alınan 129, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb.

*

Şirvan şəhər sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanıldılar

*

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.
Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

* * *

Şəkidən Bakıya külli miqdarda narkotik gətirmək istəyən kuryer saxlanılıb
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, görülən tədbirlər nəticəsində Şəmkir rayon sakini, əvvəllər də soyğunçuluq və Rusiya Federasiyasında oğurluğa görə dəfələrlə məhkum olunmuş Şirxan Muxtarov saxlanılıb. Ondan 7 kiloqram marixuana, 600 qram heroin, yarım kiloqram psixotrop maddə metamfetamin və 120 ədəd metadon həbi aşkar edilib. Araşdırmalar zamanı Şirxan Muxtarovun Şəki rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

* * *


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Martın 16-da və 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 qumbara, 14 frf və 248 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

*

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir

Martın 16-da və 17-də polis əməkdaşlarının14 tüfəng, 2 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.

*

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, 1555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

*


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 16-da və 17-də ümumi çəkisi 44 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqrama yaxın heroin, 41,2 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 600 qrama yaxın metamfetamin, həmçinin 220 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*

Qaxda dələduzluq edən şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.

*


Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Heybət Yarəlizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 5500 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İkram Mustafayev və Yasin İsmayılov saxlanılıblar.

Araşdırma aparılır.

*


Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “VAZ-2107” markalı bir avtomobildən maqnitofon və səsgücləndiricilər, bir mağazadan isə 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sadiq Seyfullayev saxlanılıb.

Araşdırma aparılır.

*

Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü İsgəndərov Bayram və 1980-ci il təvəllədlü Əmirov Vəli saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin Xətai rayonunda bu ilin ilk rübündə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 120 cinayət faktı qeydə alınıb. Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və digər növdən olan narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar olunub.
Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə 3 “Kalaşnikov” avtomatı, 1 “Makarov” tapançası və 3 ədəd “F-1” əl qumbarası da aşkar ediblər.

*

Paytaxtda ödəmə terminalı və avtomobillərdən Oğurluqlar edən şəxs saxlanılıb

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

*

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir