DİN-in mətbuat xidmətindən verilən məlumatlar (17.05.2023)

Mayın 16-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 132, o cümlədən borclu şəxs qismində axtarışda olan 115 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

⤵️

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

⤵️


Polis əməkdaşlarının mayın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

⤵️

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,7 kiloqramdan artıq heroin, 2,3 kiloqrama yaxın marixuana, həmçinin 220 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

⤵️


Oğurluq

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️


Oğurluq

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində “Mercedes” və “Hyundai” markalı iki avtomobildən yan güzgü, pul, içərisində sənədlər və bank kartları olan çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Arif Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️


Oğurluq

Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus “QAZ-31” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️


Oğurluq

Mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq

Gəncə şəhəri ərazisində “Toyota” markalı bir avtomobildən bank kartının oğurlanması və hesabından 408 manatın çıxarılması barədə polisə məlumat daxil olub.
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə sakini Ə.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir