DİN-in mətbuat xidmətindən verilən məlumatlar (16.05.2023)

Mayın 15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

⤵️


Quldurluq

Mayın 15-də saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünün başına yumruqla vuraraq saxlanc yerindəki 15 manat pulunu götürməsi və düşərək avtomobilə də ziyan vurması barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan Əsgərov müəyyən olunaraq saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.

Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

⤵️
Oğurluq

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 13-də rayon ərazisində “Mercedes” markalı bir avtomobildən cibində 910 manat pul olan gödəkcəni oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon ərazisində iki nəfərin içərisində pul, sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.
Araşdırmalarla onun Neftçilər prospektində yerləşən bir kafenin şüşəsini sındırması da müəyyən olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir