DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (15.03.2024-16.03.2024)
❗Hacıqabulda polis silsilə əməliyyatlar keçirib
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib.
N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb.
Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan 1 ədəd “F-1” əl qumbarası və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
* * *
❗Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, A.Süleymanovdan marixuana, digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
* * *
❗Hacıqabulda polis silsilə əməliyyatlar keçirib
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib.
N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb.
Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan 1 ədəd “F-1” əl qumbarası və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
* * *
❗“Tiktok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb. Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki “Tiktok” platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
* * *
❗DİN-in Mətbuat xidmətindən verilən məlumata görə
❗Martın 15-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
* * *
❗Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
❗Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
* * *
❗Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 qumbara, 7 tüfəng, 2 patron darağı və 138 ədəd patron təhvil götürüblər.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4 kiloqramdan artıq heroin, 18,4 kiloqrama yaxın marixuana və 4,1 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
* * *
❗Bank kartından oğurluq
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 6-da paytaxt sakini olan bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən Ülvi Qəhramanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Abşeron rayonunda müvafiq sənədləri olmayan 4 ədəd ov silahı könüllü olaraq polisə təhvil verilib
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin və
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Polisin müraciəti əsasında silahları könüllü təhvil verən hər bir şəxsə təşəkkür edilib.
16 mart 2024-cü il
* * *
❗Nərimanovda “Porsche”-nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar.
Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb. Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.
16 mart 2024-cü il
* * *
❗Kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.
X X X
❗Binə qəsəbəsində quldurluq hadisəsi qeydə alınıb
Bakının Xəzər rayonunun Binə qəsəbəsində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
14 mart 2024-cü il
* * *
Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib. Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10000 manat tələb etdiyi, nəticədə onlayn və nağd şəkildə olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
❗Oğurluq
Sahil qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “DAF” markalı avtomobildən 2500 manat dəyərində ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Rüstəm Əliyev və Aydın Əbilov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
* * *
❗Yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərın nəzərinə!
Son günlər yük daşıma fəaliyyəti göstərən sürücülər tərəfindən daşınan yüklərin ölçü parametrlərinə əhəmiyyət verilməməsi, xüsusilə qablaşdırılmanın düzgün aparılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.
Xatırladaq ki, yüklərin bu şəkildə daşınması hərəkət zamanı nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə bilavasitə təsir göstərir ki, bu da yükün yola dağılması, habelə avtomobilin özünün aşması ehtimalını dəfələrlə artırır.
Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir, bununla yanaşı sadalanan qayda pozuntularının qanunla nəzərdə tutulmuş məsuliyyət yaratdığını və bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.
* * *
❗Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Dumanlı hava yollarda təhlükə yarada bilər!
Milli Hidrometeorologiya Xidmətinin məlumata əsasən, xüsusilə gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
Qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
* * *
❗Nərimanovda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Soltanov Hüseyn saxlanılıb. Ondan 1 kiloqram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, H.Soltanov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq öz istifadəsi, eləcə də satış üçün narkotik vasitələr əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, H.Soltanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumilikdə qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb.
14 mart 2024-cü il
* * *
❗Paytaxt sakininin telefonu və pul kisəsini talayan şəxs saxlanılıb
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq əməlinə görə məhkum olunmuş Məsimov Emil saxlanılıb. Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
14 mart 2024-cü il
* * *
❗Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib. Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10000 manat tələb etdiyi, nəticədə onlayn və nağd şəkildə olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
* * *
❗DİN-in Mətbuat xidmətindən verilən məlumata görə
❗Martın 14-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
* * *
❗Axtarışda olduğuna görə ümumilikdə 219, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
❗Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
* * *
❗Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 8 ədəd patron təhvil götürüblər.
* * *
❗Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 21 ədəd patron aşkar edilərək götürülüb.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 4,2 kiloqrama yaxın marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
* * *
❗Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Martın 14-nə keçən gecə Siyəzən şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Emil Kazımov avtomobillə saxlanılaraq Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə martın 14-də Barlı kəndi ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
* * *
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Ceyranbatan qəsəbəsində bir evdən 2220 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Məhəmməd Məmmədov, Masazır qəsəbəsində isə bir mənzildən 7450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qəlbinur Gülməmmədov saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
* * *
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində mağazaların birində satıcıya 100 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Samir Nəsirov saxlanılıb.
Onun qəsəbə sakini olan digər bir nəfərin 190 manatını dələduzluq yolu ilə alması da müəyyən olunub.
Araşdırma aparılır.
* * *
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində mağazaların birində satıcıya 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən Samir Nəsirov saxlanılıb. Onun qəsəbə sakini olan digər bir nəfərin 190 manatını dələduzluq yolu ilə alması da müəyyən olunub.
Araşdırma aparılır.
* * *
‼️
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub
Martın 14-də saat 15 radələrində Abşeron rayonu ərazisində “BMW” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Anar Məmmədxanovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə A.Məmmədxanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs olunub.
* * *
❗Polis əməkdaşları bank kartlarından oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə paytaxt sakini olan bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Emil Məmmədov müəyyən edilərək saxlanılıb.
***
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 86 manatını oğurlamaqda şübhəli bilinən Rəhman Fətəliyev saxlanılıb.
***
Xırdalan şəhərində və Masazır qəsəbəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından oğurluqla bağlı polisə məlumatlar daxil olub. Araşdırmalarla 3 bank kartından ümumilikdə 847 manatın oğurlanması müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev və bir yeniyetmə saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
* * *
❗Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol aça bilər!
Məcburu dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir.
Problemin aktuallığını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır.
Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsin. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər.
* * *
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09