DİN-in mətbuat xidmətindən verilən məlumatlar (12.05.2023)

0

Mayın 11-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

⤵️

Polis əməkdaşlarının mayın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

⤵️

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 30 kiloqram heroin, 4,6 kiloqramdan atıq metamfetamin, 1,6 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

⤵️

Mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

⤵️

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki bir mağazadan və bir evdən ümumilikdə 6200 manat, 1800 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Həvva Bəkirova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir