DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (12.01.2024 13.01.2024)

0

Yanvarın 11-də ölkə ərazisində qeydə alınan 136 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

*


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Yanvarın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 ədəd tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 63 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

*

❗Yanvarın 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd pulemyot, 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 21 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 81 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

*


Polis əməkdaşlarının yanvarın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 640 qramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 14 kiloqram 150 qram marixuana, 227 qramdan çox heroin, 530 qram tiryək, 530 qrama yaxın metamfetamin və 202 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

*


❗Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 11-də Xankəndi şəhəri ərazisində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

*


Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Bülbülə qəsəbəsi ərazisində “Mercedes” markalı yük avtomobilindən müxtəlif çeşidli tullantıların boşaldılması aşkar olunub.

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

*


Yanvarın 10-da saat 23 radələrində Mehdiabad qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Novruzov müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

*


Yanvarın 11-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Abşeron rayon sakini V.Məhərrəmov saxlanılıb. Ondan 500 qram çəkidə tiryək aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

*

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Əli Abbasov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin aşkar edilib. Əlavə olaraq həmin şəxsdən Suraxanı rayonu ərazisində yerləşən qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silah da aşkar edilərək götürülüb. Ə. Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlı 33-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.

12 yanvar 2024-cü il

*


Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vəli Əmirov saxlanılıb. Ondan 1 kiloqram 924 qramdan artıq çəkidə marixuana və 108 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

*


Yanvarın 8-də Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

*

Yaşadığı evdə “Kalaşnikov” avtomatı gizlədən Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Turanın səsi ” nəverilən məlumata görə. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi “AK-74” markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.
Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd “Kalaşnikov” avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.

*

Ağsuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş tədbir zamanı rayon sakini Eldar Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı E.Ağayevin həmin narkotik vasitəni Ağsu şəhər sakini Laçın Mehdiyevdən 210 manat pul müqabilində aldığı müəyyənləşib. Davam etdirilən tədbirlərlə L.Mehdiyev də saxlanılaraq istintaqa təhvil verilib. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən kibrit qutularında və sellofan torbalarda satış məqsədilə hazırladığı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

*

❗Salyan Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyasında fəal iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və hTransfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Talassemiyadan əziyyət çəkən və qana ehtiyacı olan digər xəstələr üçün təşkil olunmuş qanvermə aksiyası” keçirilib. Gerçəkləşən humanist aksiyada Salyan Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, yığılmış qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

*

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanıjbū verilən məlumata görə, aparılan tədbirlər nəticəsində bu gün rayon sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

*

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində narkotik vasitələr və psixotrop həb aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib. O, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib. Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və “beşbarmaq”, həmçinin üzərindən heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



DİN-in Mətbuat xidmətindən verilən məlumata görə⤵️

12-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

Axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

*

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

*


Binəqədi RPİ-nin 40-cı və 5-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini S.Tağıyeva saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Bahadur Vəliyev də müəyyən olunaraq saxlanılıb. Ondan çəkisi 2 kiloqram 65 qram marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə B.Vəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Nurlan Tağıyev də müəyyən olunaraq saxlanılıb. Ondan 2 kiloqram 167 qram marixuana, yaşadığı evə baxış zamanı isə 13 qramdan artıq heroin, 20 qrama yaxın metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

*


Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


❗️ Qusarda silah satmaq istəyən şəxs saxlanılıb.

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Qusar Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat tť Xidmətinin Quba regional qrupundan “verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər naməlum şəxsin silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ruslan Bayramov saxlanılıb.
Həmin şəxsin üzərindən 1 ədəd “Makarov” býmarkalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ruslan Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib.

*

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ziya Ağayev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

13 yanvar 2024-cü il

*
Qubadlı rayonunda silah-sursat aşkar edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində 1 pulemyot, 1 avtomat, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir