DİN-in mətbuat xidmətindən verilən məlumatlar (09.10.2023)

0

Quldurluq

Noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *

Hədə-qorxu ilə tələb etmə

Noyabrın 8-də paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

* * *

Oğurluq

Vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir