DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (08.04.2023)

0

Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

X X X

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən, K.İsarfilovun atası 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub. Araşdırmalar davam etdirilir.

X X X


Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itgin düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “turanın səsi ” nə bildirilib ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər — əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir

X X X


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️

Aprelin 7-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

X X X

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat pulu, 2 ədəd boyunbağısı və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İsmayıl Nəcəfi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Oğurluq

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləsuvar rayon sakininin bank hesabından 710 manatını oğurlamaqda şübhəli ğ Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Zabil Feyziyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir