DİN-in mətbuat xidmətindən verilən məlumatlar (05.08.2023)
❗Avqustun 4-də ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
❗Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.
Polis əməkdaşlarının sayıqlığı və operativliyi ilə ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.
Polis Bölməsində aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.
Oğurluq
Avqustun 3-də Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oğurluq
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 31-də Bakıxanov qəsəbəsi ərazisində yerləşən restoranların birindən 1650 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ümid Mənsimov saxlanılıb.
Araşdırma aparılır.
❗Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları, sənədləri və 3000 manat dəyərində mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Kənan Məhərrəmov, Salyan rayon sakini Rəvan Abdullayev və Sumqayıt şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
❗Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 27-də rayon ərazisində iki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Səmədov saxlanılıb.
Araşdırma aparılır.
❗Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗Axtarışda olan şəxs saxlanılıb, onun oğurluq əməllərinin üstü açılıb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olan 40 yaşlı Rüstəm Əzizov saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalarla onun rayonun Qobu, Atyalı və Aşağı Güzdək qəsəbələrində müxtəlif vaxtlarda 3 evdən pul və ümumlikdə dəyəri 10.000 manatdan çox olan qızıl-zinət əşyaları oğurlaması müəyyən olunub.
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bilal Əsədov saxlanılıb.
Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin iyulun 31-də Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.
❗Avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub.
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elcan Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 3-də rayon ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Əmrah Rəhimov saxlanılıb. Araşdırmalarla onun daha iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI