DİN-in mətbuat xidmətindən verilən məlumatlar (05.01.2024)

0

❗Yanvarın 4 -də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 10, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

*

❗Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 1700 manat, 2900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov müəyyən olunaraq saxlanılıb.

*

❗Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb.

*

❗Suraxanı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Mehdiyev saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqram 350 qram marixuana aşkar olunaraq götürülüb.
Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

*


❗Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

*

❗Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Turanin sesi” nə ķbildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkfə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvvəlüdlü Bayramlı Nemət Təyyar oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir