DİN-in mətbuat xidmətindən verilən məlumatlar (04.11.2023)
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
* * *
Axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.
* * *
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
* * *
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan ” Turanın səsi ” nə bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
* * *
Oğurluq
Noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
Oğurluq
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vüsal Hacıbəyov və Ucar rayon sakini Fəqan Allahverdiyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
* * *
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərlə əlaqəli cinayətdə şübhəli bilindiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nağıyev saxlanılıb. Ondan 480 qram marixuana aşkar olunaraq götürülüb.
* * *
Quldurluq
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də paytaxt sakini olan bir qızın mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Mirzəyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırmalarla onun oktyabrın 29-da Yasamal rayonu ərazisində bir nəfərin 2300 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.
* * *
Oğurluq
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Sadiq Abdullayev və qardaşı Orxan müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
* * *
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birində paytaxt sakini M.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsgəndərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
* * *
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ” Turanın səsi” nə bildirilib ki, Tərtər rayonunun Xoruzlu kəndi ərazisində yerləşən subartezian quyularına məxsus elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluqda şübhəli bilinən rayon sakini Cahandar Muradlı saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etriaf edib.
Bundan başqa polis əməkdaşlarının keçirdiyi digər bir tədbirlə qanunsuz ov edən şəxs də saxlanılıb. Onun rayon sakini Savalan Məmmədov olduğu müəyyən edilib. S.Məmmədovun rayonun Güləbətli kəndi ərazisində qanunsuz olaraq ovladığı heyvan maddi sübut kimi aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.
* * *
Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng, 2 ədəd qumbara və 25 ədəd patron aşkar edilib.
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.
Bundan başqa həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.
Araşdırmalar davam etdirilir.
04 noyabr 2023-cü il
* * *
Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI