DİN-in Mətbuat Xidmətindən verilən məlumatı

Dekabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.


❗Yol-nəqliyyat hadisələri

Dekabrın 24-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Dekabrın 24-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və nəvəsi Tunarı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, Tunar orada ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Dekabrın 25-də saat 16 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində Bakı şəhər sakinləri S.Hacıyevin idarə etdiyi “Honda” və Q.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Q.İsmayılov və “Honda” markalı avtomobildə olan sərnişin, Laçın rayon sakini N.Nağıyev orada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dekabrın 25-də saat 22 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Balakən rayon sakini R.Qınçıyev idarə etdiyi “Ford-tranzit” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə “Ford-tranzit” markalı avtomobildə olan sərnişin E.Kərimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bugün gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir