DİN-in Mətbuat Xidmətindən verilən məlumatalar ( həftəlik )
İyunun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.
* * *
❗Zərdabda iki narkokuryer saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan ” Turanın səsi” nə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar. Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyunun 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 pulemyot, 1 qumbara, 6 tüfəng və 200 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin, 45,8 kiloqrama yaxın marixuana, 75 qram tiryək, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 60 ədəd metadon həbi və 23 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
* * *
❗Polis əməkdaşlarının iyunun 8-də və 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
* * *
❗Polis əməkdaşlarının iyunun 8-də və 9-da keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
❗Bank kartından oğurluq
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 27-də bir nəfər şəxsin bank kartından 410 manatını oğurlamaqda şübhəli bilinən Sabir Abışov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Quldurluq
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 2-də gecə saatlarında Sabunçu c ərazisində bir nəfər şəxsin 500 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Taleh Axundov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır
* * *
❗Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də bir nəfər şəxsin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Əliyev saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Nəqliyyat vasitəsi qaçırma
İyunun 9-da Bərdə şəhəri ərazisindən “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Şəmilov saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Oğurluq
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində marşrut avtobusunda bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ç.Rəhimov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
* * *
❗ Qusar polisi külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Yaşar Balaşov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Yaşar Balaşovun barəsində həbs qətimkan tədbiri seçilib.
* * *
❗İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN– in Mətbuat Xidmətinin regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
* * *
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️
❗İyunun 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
* * *
❗İyunun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyunun 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 90 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
* * *
❗Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
İyunun 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng və 86 ədəd patron aşkar edilərək götürülüb.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 10-da ümumi çəkisi 21,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
* * *
❗Polis əməkdaşlarının iyunun 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
* * *
❗Oğurluq
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iaşə obyektində bir nəfər şəxsin çantasından 3500 manat pulunu oğurlamaqda şübhəli bilinən İslam Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Oğurluq
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 6-da rayon ərazisində bir nəfər şəxsin üzlüyündə 230 manat pulu olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Abbasov saxlanılıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
* * *
❗Bank kartından oğurluq
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də bir nəfər şəxsin bank kartından 380 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elman Səfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyunun 11-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
* * *
❗İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyunun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 patron darağı təhvil götürüblər.
* * *
❗Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
İyunun 11-də və polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
* * *
❗Ağdamda yabanı halda bitən 4 tona yaxın çətənə bitkisi məhv edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə Cinli kəndində yabanı halda bitən 4 tona yaxın 22313 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
* * *
❗Polis əməkdaşlarının iyunun 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
* * *
❗Bank kartından oğurluq
Mehdiabad qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən bank kartının oğurlanması və hesabdakı 494 manatın çıxarılması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cavidan Nəzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Oğurluq
İyunun 6-na keçən gecə Sahil qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində qol saatlarının oğurlanması barədə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Pərviz Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Oğurluq
İyunun 6-na keçən gecə Sahil qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində qol saatlarının oğurlanması barədə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Pərviz Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində bir qadının çantasından 80 manat pul oğurlamaqda, iki nəfərdən isə dələduzluq yolu ilə ümumilikdə 268 manat pul almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Roman Bəndəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
* * *
❗DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
❗İyunun 12-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
* * *
❗Dələduzluq
Ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Sabir Hüseynov, Fazil Qəşəmov və Elnur Qaragözov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
* * *
❗Oğurluq
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus 500 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗İyunun 10-da Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Qusarda qəbir daşlarını dağıdan şəxs saxlanılıbQusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirildiyinə görə araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
* * *
❗Zərdabda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.
S. Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
* * *
❗İnvestisiya, yatırım adı altında vətəndaşların 228 min manatını və qızıl-zinət əşyalarını ələ keçirən şəxs saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, “Instagram”da “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici heç bir iqtisadi əsasları olmayan vədlər verib.
C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb.
Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib.
Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün təyin etdiyi yerlərə qoymalarını tələb edib.
Məhkəmənin qərarı ilə C.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.
* * *
❗Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb
Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə həmin şəxs – 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.
Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
* * *
❗Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov saxlanılıb. Onun üzərindən və avtomobilindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb.
V.Şirinov narkotik vasitəni İran vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib. O, əvvəllər də bir neçə dəfə İranda yaşayan narkotacirlərin təklifi ilə kuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
* * *
❗Bərdə polisinin növbəti əməliyyatı zamanı çəkisi 22 kiloqram olan 105 ədəd kultivasiya olunaraq yetişdirilən çətənə kolu aşkarlanıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb. Onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.
* * *
❗ Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb .
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, onlardan psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09