DİN-in mətbuat xidmətindən verilən məlumatalar (23.02.2023)

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fevralın 22-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

***

Axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

***

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

***
Polis əməkdaşlarının fevralın 22-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,9 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

***


Hədə-qorxu ilə tələb etmə

Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın bir nəfərin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 300 manatını almasını, sonradan isə yenidən hədələməsini bildirib.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Corat qəsəbə sakini Pərvin Bayramov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

***


Fevralın 22-də saat 1 radələrində Kürdəmir rayonu ərazisində “Toyota” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yoxlama nəzarət qaydasında saxlanılıb. Sürücü – Bakı şəhər sakini Rəşid Abidovun avtomobili sərxoş halda idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə inzibati protokol tərtib olunub və o, Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib.
Polis Şöbəsində şəxsi axtarış zamanı R.Abidovdan marixuana da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

***


Oğurluq

Fevralın 20-də Sumqayıt şəhər sakini olan bir nəfərin bank hesabından 1886 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini Məlahət Paşayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

***


Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb

Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə müxtəlif vaxtlarda şəhər ərazisində “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatorun oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

***


Narkotik və oğurluq

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun fevralın 7-də Xırdalan şəhər sakinləri olan iki qadının bank hesablarından pullarını oğurlaması da müəyyən olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir