DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

0

Noyabrın 12-də və 13-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə bilinən 72 şübhəli saxlanılıb .

Noyabrın 13-də saat 16 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində rayon sakini E.Əsgərov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Xubyarlı kənd sakini Bəhlul Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 13-də saat 22 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisində kənd sakini K.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili işıq dirəyinə vurub. Nəticədə sərnişini olan həmkəndlisi Vüsal Rzayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də Abşeron rayon sakini O.Tağıyevin bank hesabından 140 manat oğurlamaqda şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Hüseynli saxlanılıb. Araşdırma aparılır.


Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Mətbuat prospektindəki marketlərin birindən 3714 manat dəyərində tütün məmulatı və 150 manat pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Babək İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də rayon ərazisindəki köşklərin birindən 1300 manat dəyərində tütün məmulatı və 50 manat pul oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Qəzənfər Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində yaşayan Qleb Kulikinin yaşadığı evə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir