DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

  • Oktyabrın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 59 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
    Oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Babayevin idarə etdiyi “Range Rover” və Göygöl rayon sakini A.Məhərrəmovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə A.Məhərrəmovun sərnişini Zülfüqar Zülfüqarov hadisə yerində ölüb, özü və digər sərnişini Ayxan Süleymanlı xəstəxanaya yerləşdiriliblər. A.Süleymanlı orada ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.Oktyabrın 8-də saat 23 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində rayon sakini F.Səmidov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qaz borusuna vuraraq su kanalına aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Nailə Mahmudova və Elnarə Hacıyeva orada ölüblər.
    Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oktyabrın 9-da saat 10 radələrində Yevlax rayonunun Gülövşə kəndi ərazisində Şəki rayon sakini İ.Kazımzadənin idarə etdiyi “VAZ-210104” və Salyan rayon sakini F.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə F.Kərimovun sərnişinlərindən Günay Kərimova hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 9-da saat 16 radələrində Quba şəhəri ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarı ilə gedən şəhər sakinləri Günay Fərzəliyevanı və 2 oğlunu vurub. Nəticədə G.Fərzəliyeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən uşaqların vəziyyətləri qənaətbəxşdir.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır

Oktyabrın 9-da saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Ravil Kərimov saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Oktyabrın 1-də saat 21 radələrində Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində velosiped sürən kənd sakini Rəşad Hüseynov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21065” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, Ucar rayon sakini Tağı Eyvazov saxlanılıb. Araşdırma aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini C.Qurbanovun bank hesabından 438 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir