DİN-in mətbuat xidmətindən verilən məlumat

Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisələri

Dekabrın 14-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində M.Cəlilov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən S.Şəfiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Dekabrın 14-də saat 11 radələrində Bərdə şəhəri ərazisində R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən II qrup əlil S.Şahbazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Araşdırma aparılır.

Dekabrın 14-də saat 17 radələrində Qusar şəhəri ərazisində E.Həkimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən N.Vəlibəyovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dekabrın 14-də saat 18 radələrində Xızı şəhəri ərazisində S.Babayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında velosiped sürən Ə.Əliyevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Oğurluq

Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatla əlaqədar keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun “Binəqədi Oil” şirkətinə məxsus yarımstansiyalardan 945 manat dəyərində elektron sayğac, elektrik avadanlıqları, mühafizə hasarından 1114 manat dəyərində 113 metr dəmir boru, bir həyətyanı sahədən isə 1200 manat dəyərində kombi oğurlaması da müəyyən olunub.


Oğurluq

Nəsimi rayonu ərazisindəki ofislərin birində Bakı şəhər sakini olan qadının əl çantasından 500 manat pul və 1400 manat dəyərində qızıl əşyasının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəmkir rayon sakini İlkin Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq

Noyabrın 29-na keçən gecə Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Avtomobil qaçırma

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib.
Araşdırma aparılır.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir