DİN-in Mətbuat Xidmətinin Məlumatı

❗️Yol-nəqliyyat hadisəsi – ölüm

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.


Piyadanın ölümü ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.


Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov saxlanılılıb.
Araşdırma aparılır.


Oğurluq


Bakı şəhər sakini S.Səlimovun bank hesabından 1100 manatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Orxan Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir