DİN Goranboyda mağazadan 2 000 manat nağd pulu oğurlayan şəxslər saxlanıldı

Goranboyda mağazadan oğurluqda şübhəli bilinənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxslərin mağazaya müştəri qismində daxil olaraq oradan 2 000 manat nağd pulu oğurlaması məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Mingəçevir şəhər sakinləri – Kənan İsayev və Zakir Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir