DİN BNMİ-nin növbəti əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib.
Bu bbarədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.
Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Arzu Paşaqızı